AZ

“Mən öləndə üstümə çox adam gələcək, vay o gündən ki...” - xalq artisti AĞLADI-ÖZƏL

“Allaha pənah yaşayıram. Səhhətim yaxşı deyil. İnsultam da. İrəliləyiş yoxdur. Müalicələr alıram. Qolum işləmir, saçımı daraya bilmirəm. 4 divarın içindəyəm, o qədər sıxılıram ki”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. Aktrisa daha sonra əlavə edib:
 
“Səhnə üçün çox darıxmışam. Sənətkaram, aktrisayam. Yoldan ötənlərdən deyiləm. Mən hər rol üçün doğulmuşam. Rollarımı yaratmışam. Kimisə yamsılamamışam, kiminsə yolu ilə getməmişəm. Öz dəst-xəttim var. Səhnəsiz yaşaya bilmirəm. Tamaşaşaçı alqışı üçün, nəfəsi üçün darıxmışam. Mən xəstələndim, gördüm ki, nə qədər mənim üçün darıxıblar. Halal olsun mənim tamaşaçılarıma. O ki, qaldı sənət yoldaşlarıma.. Paxıllığımı ömür boyu çəkiblər. Lazım olan sənət yoldaşlarım yanımda idi. Onların içində xüsusilə əməkdar artistlər Ələkbər Əliyevlə, Əkbər Əlizadəni, teatrımızın keçmiş direktoru Əliqismət Lalayevi və bir çoxlarını qeyd etmək istərdim.
 
Yanımda olan da sağ olsun, olmayan da. Vecimə də deyillər. Ölüm haqdır. Bir gün gələn, bir gün gedəcək. Vay o gündən ki, sən öləndə üstünə 1 adam da gəlməsin. Amma bilirəm ki, mən öləndə üstümə çox adam gələcək. Bu sevgini, hörməti özüm qazanmışam. Şər deməsən xeyir gəlməz” deyə sənətkar bildirib.
 
Xalq artisti aidiyyatı qurumların diqqətindən kənar qaldığını bildirib:
 
“Nə yaxşı ki, dövlətim var. Onların verdiyi təqaüdlə dolanıram. Yoxsa mən nə edərdim? Mədəniyyət Nazirliyi də ötəri mənimlə maraqlandı. Yad bir adam kimi diqqətdən kənarda qalmışam. Çox istərdim ki, aidiyyatı qurumlar mənə də diqqət ayırsınlar” deyə sənətkar bildirib.
Seçilən
0
moderator.az

1Mənbələr