Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Xorvatiyada “Hayduk”un qonağı olacaq “Zirə” səfərə iki ciddi itki ilə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, komandan əsas müdafiəçilərindən olan Anje Mutsinzi Bakıda qalmalı olub.
Buna səbəb isə Xorvatiya səfirliyinin ona viza verməməsi olub. Nəticədə ruandalı oyunçu səfərə yollana bilməyib.
Komandanın bu il transfer etdiyi Brahim Konate isə zədə səbəbindən Xorvatiyadakı matçı buraxmalı olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.