AZ

Tarixi ifşa: "Mossad"ın İrandakı gizli əməliyyatları yayıldı

İsrailin İranla müharibəsində, xüsusilə də hava hücumlarında həlledici rol oynayan xarici kəşfiyyat xidmətinin ("Mossad") pərdəarxası strategiyası ilk dəfə üzə çıxıb.

Turkustan.az “Haber Global”a istinadən xəbər verir ki, “Mossad”ın keçmiş direktoru Oded Eilam məsələ ilə bağlı məxfi məlumatları paylaşıb.

Bildirilir ki, “Mossad” ölkədə geniş agent şəbəkəsi yaratmaq üçün İranın etnik parçalanmasından, sosial narazılığından və sərhəddəki zəifliklərdən istifadə edib. Ekspertlər bunu İrana verilmiş “Biz hələ də sizin aranızdayıq” mesajı kimi qiymətləndirirlər.

Eilamın sözlərinə görə, İran əhalisinin cəmi 40 faizi fars mənşəlidir. Qalan hissə isə azərbaycanlılar, kürdlər, türkmənlər və bəluclardan ibarətdir. Bu etnik parçalanma Tehranın bütün ölkəyə effektiv nəzarətini zəiflədib. Eilam əlavə edib ki, İranın zəif müşahidə və təhlükəsizlik sistemi, eləcə də uzun quru sərhədləri "Mossad" üçün ciddi fürsətlər yaradıb.

Sərhədlərin zəif qorunması “Mossad”a həm avadanlıq, həm də insan resurslarını İrana asanlıqla ötürmək imkanı verib. Eilam qeyd edib ki, etnik qrupların sosial narazılığı agentləşdirmə prosesində əsas rol oynayıb:

“İranda insanlar bədbəxtdir. Ölkə neft və qazla zəngin olsa da, bu sərvət xalqa deyil, rejimin daxili və xarici siyasətinə xərclənir”.

Eilamın sözlərinə görə, “Mossad” agent şəbəkəsini uzun illər ərzində, ehtiyatla və planlı şəkildə qurub. Plan İranda bir neçə agentin bir hədəf üçün eyni vaxtda müşahidə aparması, məlumatların kəsişməsi və yoxlanması prinsipi ilə işlənib. “Heç vaxt tək mənbəyə güvənilmədi, heç bir əməliyyat dəqiqlik təsdiqlənmədən həyata keçirilmədi”, - deyə o əlavə edib./publika.az

Seçilən
1
2
turkustan.az

3Mənbələr