Avstraliyanın Tasmaniya ştatının bir hissəsi olan Makkuori adası sahillərində güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 6.9 olan zəlzələnin episentri Yeni Zelandiyanın 144 min insanın yaşadığı Danidin şəhərindən 1.5 kilometr aralıda, yerin 10 kilometr dərinliyində olub.
Dağıntı və insan itkisi ilə bağlı hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.