Kamboca Tailand ordusunun sərhəd bölgəsində atəşkəsi pozmaq ittihamlarını rədd edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant Mali Soçit bununla bağlı açıqlama verib.
O qeyd edib ki, Kamboca Silahlı Qüvvələri Phnom Penh əmrlərinə və gecə yarısı qüvvəyə minən atəşkəs razılaşmasına ciddi şəkildə əməl edir.
Mətbuat katibi bildirib ki, Kamboca tərəfi Malayziyanın paytaxtında əldə olunmuş razılaşmalara riayət etmək və həyata keçirmək üçün öz üzərinə möhkəm öhdəlik götürüb.
Bundan əvvəl Tailand ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.