“Dəfələrlə gözlənilən Castin Tumberleyk konserti Bakıda! Tamamilə sold out” Kadrlarda Emin Ağalarovun konsert məkanında Timberleykin çıxışını izlədiyi, daha sonra isə məhdud qonaq siyahısı ilə keçirilən “backstage” görüşlərdə yer aldığı görünür. Görüntülərdə onun oğlu Mikail, Əli və digər gənclərlə birgə olduğu da əks olunur.
Bu hadisə həm də Eminin dünya ulduzları ilə Bakıda qurduğu yeni səhnə əlaqələrinin bir nümunəsidir. Qeyd edək ki, Sea Breeze şəhərciyində keçirdiyi tədbirlərlə regionun musiqi həyatında mühüm rol oynayan Emin, bu dəfə də dünya ulduzunun səfərinə xüsusi dəstək verməklə diqqət çəkdi.