AZ

Şəkidə ahıl şəxslər bıçaqlandı

Dünən axşam saatlarında Şəki rayonunun Şin kəndi ərazisində Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
3
14
axar.az

10Mənbələr