İspaniya La Liqasında 2025/26 mövsümündə yeni qayda tətbiq edilə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb.
Belə ki, oyunlar zamanı baş məşqçilərin matçın hakimini iki dəfə VAR-a dəvət etmək haqqı olacaq. Məşqçinin çağırışdan sonra VAR-a baxan referi epizoddan sonra ilkin qərarını dəyişərsə, baş məşqçi üçün növbəti çağırış fürsəti olacaq. Qərar dəyişməzsə isə artıq ikinci haqqını itirmiş olacaq.