Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, Çinlə ticarət atəşkəsinin daha 90 gün uzadılması ölkələr arasında Stokholmda davam edən danışıqların mümkün nəticələrindən biridir.
Qaynarinfo xəbər verir ki, onun sözlərini Bloomberg yayıb.
Lutnikdən hər iki ölkənin ticarət atəşkəsini üç ay daha uzatmağı nəzərdən keçirməsi barədə məlumatı şərh etməsi istənilib.
"Bu mümkün nəticədir? Əlbəttə, buna oxşayır. Amma gəlin bunu prezident Trampın ixtiyarına buraxaq”, – deyə o cavab verib.
Lutnikin bu açıqlaması ABŞ və Çin arasında yeni danışıqlar raundunun başlamasından sonra verilib. Hazırkı görüşlər Stokholmda keçirilir və danışıqlara Çinin vitse-prezidenti Xe Lifen və ABŞ-ın maliyyə naziri Skot Bessent rəhbərlik edirlər.
Əvvəlki danışıqlarda Vaşinqton və Pekin qarşılıqlı tariflərin azaldılması və bəzi texnologiyalar və nadir minerallar üzərində ixrac nəzarətinin yumşaldılması barədə razılığa gəlmişdi. Lakin bu razılaşmanın müddəti 12 avqustda başa çatır, bu da yeni danışıqları zəruri edir. Tərəflər 29 iyul, çərşənbə axşamı danışıqları davam etdirməyi planlaşdırır.
Çinlə ticarət danışıqları ABŞ-ın digər ticarət tərəfdaşları üçün ayrıca müəyyən etdiyi tarif dövrünün 1 avqustdan qüvvəyə minməsi fonunda aparılır. Bu tarixdən etibarən onlarla iqtisadiyyata qarşı qarşılıqlı tariflər tətbiq olunmalıdır. Prezident Tramp bu tarifləri ilk dəfə aprel ayında elan etmişdi, lakin bazarlar üçün riskləri nəzərə alaraq onların tətbiqini təxirə salmışdı ki, digər ölkələr ABŞ-la razılığa gəlib tarifləri azalda bilsinlər.
Qeyd edək ki, 27 iyunda Tramp ABŞ-ın Çinlə ticarət razılaşması imzaladığını, lakin təfərrüatların açıqlanmadığını bəyan etmişdi.
Bu razılaşma mayın əvvəlində Cenevrədə keçirilmiş ilkin danışıqların nəticəsi olub. Həmin görüşdə tərəflər tariflərin kütləvi şəkildə artırılmasının qarşısını almaq üçün müvəqqəti olaraq bu addımı təxirə salmağa razılaşmışdılar.
11 iyulda isə ABŞ dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van İ Malayziya paytaxtında görüşüblər və bu zaman ticarət mübahisələrini müzakirə ediblər.
Rubio bu görüşdən sonra Tramp ilə Çin lideri Si Szinpin arasında mümkün sammitin keçirilməsi ehtimalından danışıb.
Alpər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.