AZ

Rusiyanın bu şəhərində miqrantlara qadağa qoyuldu

Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov miqrantların bu ilin sonuna qədər taksi sürücüsü kimi işləməsini qadağan edib.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya şəhər hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Qərarın 10 gündən sonra qüvvəyə minəcəyi bildirilir. Qubernatorun yeni qadağasına görə, nəqliyyat şirkətləri üç ay ərzində əcnəbilərlə əmək münasibətlərini dayandırmalı və onların yerinə rusları işə götürməlidirlər.

“Qadağanın tətbiqi 2025-ci ilin sonuna şəhərin həyatına sosial-iqtisadi təsirini praktiki qiymətləndirməyə və 2026-cı ildə oxşar tədbirlərin tətbiqinin zəruriliyi barədə əsaslandırılmış qərar qəbul etməyə imkan verəcək”, - sənəddə qeyd olunur.

Xatırladaq ki, 2025-ci ildə Rusiyanın 51 regionu xarici mütəxəssislər üçün müəyyən fəaliyyət növlərinə qadağa qoyub. Qadağa, xüsusilə tikinti, təhsil və səhiyyə sektorlarını əhatə edir.

Seçilən
4
3
qafqazinfo.az

4Mənbələr