Sənəddə qeyd olunur ki, qanun prezidentin imzası ilə parlamentə geri qaytarılıb.
Qanun iyulun 16-da ikinci oxunuşda 306 deputatın səsi ilə qəbul edilib. Deputat İrina Geraşçenko qanunun qəbulunu şərh edərkən bildirib ki, bu dəyişiklik artıq 60 yaşı tamam olmuş şəxslərə müqavilə əsasında hərbi xidmətə daxil olmağa imkan verəcək. O, sənəddə kimlərin namizədləri təsdiqləməli olduğunun dəqiq göstərilmədiyini, bunun isə sui-istifadə və selektiv qərar risklərini artırdığını vurğulayıb. Qanunun qüvvəyə minməsindən sonra üç ay ərzində bu sahədə prosedurların müəyyən olunacağı gözlənilir.
Ukraynada səfərbərlik və çağırış yaşı
Hazırda Ukraynada 25 yaşdan 60 yaşadək olan kişilər hərbi xidmətə çağırıla bilər. Ölkədə ümumi səfərbərlik 2022-ci ilin fevralında elan edilib və 2023-cü ilin mayından etibarən onun şərtləri ciddi şəkildə sərtləşdirilib. Bir çox çağırışçı artıq güzəşt və möhlət hüququndan məhrum edilib. Buna baxmayaraq, orduya komplektləşdirmə ilə bağlı ciddi çətinliklər qalır və hökumət məcburi hərbi xidmətə cəlb olunmayan şəxsləri könüllü xidmətə cəlb etməyə çalışır.
Çağırış yaşının daha da azaldılması müzakirə olunduğu bir vaxtda - 2024-cü ilin aprel ayınadək çağırış yaşı 27-dən başlayırdı - Ukrayna Müdafiə Nazirliyi bu ilin fevralında 18-24 yaş arası kişilərin müqavilə əsasında hərbi xidmətə cəlb olunacağını elan edib. Onlara yüksək maaş, təhsil imtiyazları və digər güzəştlər vəd olunur. Lakin müqavilənin əsas şərti bu şəxslərin cəbhə xəttində yerləşən piyada briqadalarında xidmət etməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31