İtaliyanın “Komo” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Real”dan Yakobo Ramon ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Komo” 20 yaşlı müdafiəçi üçün 2,5 milyon avro ödəyib.
Ramon ötən mövsümdə La Liqada 3 oyunda meydana çıxıb.