Volqoqradda cəzaçəkmə koloniyasında qaz balonunun partlaması nəticəsində 4 məhbus yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Volqoqradda 9 saylı cəzaçəkmə müəssisəsində qaz balonunun partlaması nəticəsində 4 məhbus xəsarət alıb.
Onlar qeyd ediblər ki, hadisə tikinti materiallarının saxlandığı otaqda baş verib.
“Qaz balonu partlayıb, nəticədə dörd məhbus yanıb. Onlara dərhal lazımi tibbi yardım göstərilib”, – Federal Penitensiar Xidmətdən bildiriblər.
Zərərçəkənlər şəhər xəstəxanalarından birinə çatdırılıb.
Xuraman Etibarlı
İnterpress.az