AZ

Azərbaycandan Türkiyəyə qaz ixarcı artıb

BAKI, 29 iyul. TELEQRAF

2025-ci ilin mayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ikinci olub.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, bu ilin mayında Azərbaycandan Türkiyəyə 1 milyard 56,99 milyon standart kub metr təbii qaz ixrac edilib.

Ötən ilin müvafiq dövrül ilə müqayisədə təbii qaz ixracında 4,80% artım olub.

Türkiyənin təbii qaz idxalında birinci sırada yer alan Rusiyadan isə 1 milyard 192,55 milyon standart kub metr təbii qaz alınıb, artım 62,38% olub.

Qonşu ölkə İrandan 791,74 milyon standart kub metr təbii qaz idxal edib, 33,40% artım olub.

Beləliklə, Türkiyənin təbii qaz idxalında Rusiya 33,7, Azərbaycan 29,87, İran 22,37 faiz paya sahib olub.

Yeri gəlmişkən, hesabat dövründə Türkiyə ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını 14,46% artırıb. ABŞ-dan 96,01 milyon standart kub metr qaz alınıb.

Türkiyənin maye qaz idxalında birinci sırada yer alan Əlcəzairədən 281,80 milyon standart kub metr qaz alınıb. Müqayisələr göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Əlcəzairdən maye qaz idxalı 24,17% azalıb.

Əlavə olaraq bildirək ki, Türkiyə cari ildə ilk dəfə olaraq Türkmənistandan qaz idxal edib. Həcm 120,03 milyon standart kub metr təşkil edib.

Xatırladaq ki, 2025‑ci ilin fevralında Türkiyənin Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti (BOTAŞ) ilə Türkmənistanın “Türkmengaz” şirkəti arasında təbii qaz tədarükü üzrə razılaşma imzalanıb. Bu razılaşmaya əsasən martın 1-dən türkmən qazı Türkiyəyə çatdırılır.

Razılaşmanın ilkin həcmi 1.3 milyard kubmetr müəyyən edilib. Türkmən qazı İranda yerləşən Dauletabad-Saraxs-Xangiran boru kəməri ilə İran ərazisinə daxil olur, İran vasitəsilə "swap" (dəyişmə) sistemi ilə Türkiyəyə yönləndirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr