Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan milli komandasının müdafiəçisi Mert Çelik ötən ay "Sivasspor"la rəsmi müqavilə imzalayıb. O, "Səbail"dən ayrıldıqdan sonra karyerasını Moldovanın "Zimbru" klubunda davam etdirməyə yaxın olub. Məsələ burasındadır ki, Kişinyov təmsilçisinin baş məşqçisi Hikmet Karaman Çeliki sərəncamında görmək istəyib. Lakin futbolçu özü "Sivasspor"dan gələn təklifi dəyərləndirməyə üstünlük verib.
Sportal.az saytına açıqlama verən Çelik "Zimbru" yox, "Sivasspor"a keçidinə bu cür münasibət bildirib:
"Bir çox komandadan təklif almışdım. Bəli, "Zimbru"nun özündən də dəvət gəlmişdi. Lakin mən özüm ora getmək istəmədim. Karyeramı "Zimbru"da yox, "Sivasspor"da davam etdirmək qərarına gəldim. "Sivasspor" Türkiyənin ən böyük klublarından biridir".
Qeyd edək ki, müxtəlif vaxtlarda “Bandırmaspor” və “Başakşehir”in formasını geyən Çelik "Sivasspor"la 2 illik müqavilə imzalayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.