AZ

Acunun milyarder dostuna 400 milyon dollarlıq TƏLƏ

Meksikalı media maqnatı Ricardo Salinas Pliego-nun dələduzluq qurbanı olduğu üzə çıxıb.

News365.az-ın məlumatına görə, hazırda Bodrumda Acun Ilıcalı ilə tətil edən Pliego, 2021-ci ildə Bitcoin yatırımı üçün 400 milyon dollarlıq kredit axtarışına çıxmışdı. Ona ABŞ-ın məşhur və nufuzlu ailələrindən olan “Astor”ların adını daşıyan “Astor Capital Fund” adlı fond tövsiyə olunub.

Özünü “Thomas Astor Mellon” kimi təqdim edən bir şəxslə lüks yaxtada görüntülü danışıq aparan Pliego, sonradan “Gregory Mitchell” adından istifadə edən başqa bir dələduzla da sövdələşmə edib. Danışıqlar nəticəsində “Astor” ailəsinin şanlı aslan möhürü ilə saxta müqaviləyə imza atıb.

3 il sonra aldadıldığını anlayan Pliego, artıq 400 milyon dollarlıq səhmlərinin satıldığını öyrənib. Onun danışdığı şəxslərin əvvəllər dələduzluğa görə məhkum olduqları ortaya çıxıb.

Pulunun izinə düşən Pliego məyusluğunu belə ifadə edib:

“Özümü tam bir axmaq kimi hiss edirəm.”

News365.az

Seçilən
0
news365.az

1Mənbələr