ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın müxtəlif nöqtələrindən yaradıcı insanları birləşdirən məşhur “Behance” platformasında 15 yaşlı azərbaycanlı rəssam Məhəmməd Şükürzadənin əsərləri yer alıb.
“Qafqazinfo” xəbər verir ki, gənc rəssamın “Harmoniya”, “Təbiət”, “Ancaq irəli” və digər yaradıcılıq işləri maraqla qarşılanıb və qısa zamanda onlara yüksək rəylər verilib.
Qeyd edək ki, M.Şükürzadə 5 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin yetirməsidir. Yaradıcılığa 9 yaşından başlayan Məhəmməd əsasən karandaş və akvarel ilə işləyir. Həmçinin plastilindən istifadə etməklə akvarellə kombinə edilmiş orijinal əsərlər yaradır.
2023-cü ildə Bakıda keçirilən sərgidə onun ilk əsəri - “Pikasso Məhəmmədin tutuquşusu” adlı rəsmi 40 dollara satılıb. Gənc rəssam bu vəsaiti küçə heyvanlarının müdafiə fonduna bağışlamaqla sosial məsuliyyət nümayiş etdirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.