AZ

Tailand və Kamboca sərhədə əlavə qoşun yerləşdirməmək barədə razılığa gəldilər - YENİLƏNİB

Tailand və Kamboca atəşkəs sazişindən sonra sərhəddə əlavə hərbi qüvvə yerləşdirməmək barədə razılığa gəliblər.
 
Moderator.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kamboca parlamentinin deputatı Lim Menqura istinadən məlumat yayıb.
 
"Tailand və Kamboca hərbçiləri atəşkəs sazişindən sonra öz sərhədlərində əlavə əsgər yerləşdirməmək barədə razılığa gəliblər", - o bildirib.
 
Deputat qeyd edib ki, beynəlxalq müşahidəçilərin atəşkəs rejiminə nəzarət etməsini təmin etmək vacibdir.
 
09:44
 
"Kamboca hərbçiləri atəşkəs qüvvəyə mindikdən sonra onu pozublar".
 
Moderator.az "Khaosod" nəşrinə istinadən xəbər verir ki, bu barədə Tailand ordusunun rəsmi nümayəndəsinin müavini Riça Sukuvanon bəyan edib.
 
Tərəflər atəşkəsin başlanmasından az əvvəl qarşılıqlı hücumlar barədə məlumat versələr də, yerli medianın məlumatına görə, saat 00:30-dan sonra atışmalar dayandırılıb. Buna baxmayaraq, Tailand ordusu Kamboca bölmələrinin Suaranari bölgəsində hücumlarını 5:30-a qədər davam etdirdiyini açıqlayıb.
 
Kamboca Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Mali Soçeata isə tərəflərin atəşkəsə əməl etdiyini, hərbçilərin mövqelərində qalıb danışıqlara hazırlıq gördüklərini bildirib. O, gecə yarısından səhərədək sərhəddə atəş səslərinin eşidilmədiyini və bunun atəşkəsin ilk uğurlu addımı olduğunu vurğulayıb.
 
Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb, döyüşlər başlayıb, bu hər iki tərəfdə dinc sakinlər də daxil olmaqla ölən və yaralananlarla nəticələnib. İyulun 28-də hər iki ölkə atəşkəs barədə rəsmi razılığa gəliblər.
Seçilən
0
1
moderator.az

2Mənbələr