"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Zenit"in müdafiəçisi Robert Renanla maraqlanır.
Türkiyə təmsilçisi 21 yaşlı oyunçunu icarəyə götürmək niyyətindədir.
Rusiya klubu Renanı tamhüquqlu transferlə satmağı planlaşdırır. "Zenit" Robert üçün 15 milyon avro tələb edir.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, ötən mövsüm Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandasında çıxış edən Renan bütün turnirlərdə 35 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
"Qalatasaray" 2 futbolçu ilə müqavilə yeniləyib - Rəsmi
"Çelsi"dən 40 milyonluq transfer
“Fənərbaxça” və “Qalatasaray” istədi, İngiltərəyə qayıtdı
"Fənərbaxça" "Latsio" ilə qarşılaşacaq
Gedson Fernandeş "Spartak" yolunda: "Beşiktaş"ın qazancı bəlli oldu