AZ

"Kəpəz" qalıb qıraqda, şəxsi mənafe mübarizəsi gedir" - Gəncəlilərdən istefa tələbi

Növbəti mövsümə hazırlaşan "Kəpəz"də sular durulmur. Belə görünür ki, Gəncə klubu yenə intriqa qurbanıdır. Komandanın yoxlama görüşlərində "Qəbələ"yə (0:2) və "Şamaxı"ya (1:6) uduzması futbol ictimaiyyətini daha da ümidsizliyə düçar edib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "sarı-göylər"in dünənki məşqini izləyən bir qrup azarkeş "Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimovu istefaya səsləyiblər. 

Bundan başqa, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovla görüşən tərəfdarlar ona iradlarını çatdırıblar. Bu, təcrübəli çalışdırıcıya son xəbərdarlıq hesab olunur. 31 iyulda Qəbələdə "Sumqayıt"la yoxlama görüşündə də uğursuz nəticə qeydə alınsa, Şükürovun istefaya göndəriləcəyi gözlənilir. 

Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulami saytımıza açıqlamasında hazırki durumdan narazılığını belə çatdırıb: "Kəpəz"də durum acınacaqlıdır. Heç bilinmir rəhbərlik kimdir, idarəedicilər kimdir? Sözümüzü deməyə adam tapmırıq. İki ay əvvəl “Kəpəz”in 10 veteranı İdarə Heyətinin sədri Namiq Qədirovla görüşəndə demişdik ki, İlqar Nadiri və onun adamları klubdan təmizlənməlidir. Ancaq bu müddətdə "təmizləmə" aparılmadı. Görünən odur ki, bu gün bütün qalmaqalları onlar salırlar. Gəncə futbolu ilə bağlı bütün neqativləri Nadiri və onun adamları yaradır və hədəf indiki rəhbərlikdir. Yəni "Kəpəz" qalıb bir tərəfdə, şəxsi mənafe mübarizəsi gedir. Bu durum biz gəncəliləri çox narahat edir. "Şamaxı"ya böyük hesabla uduzan komanda Birinci Liqa səviyyəsindədir".

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr