AZ

Şərqi Zəngəzur bölgəsində işdən çıxarılan müəllimlərin SAYI NƏ QƏDƏRDİR?

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib. Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.  

Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 

Ümumilikdə 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır. 

Xatırladaq ki, rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərilmişdi.

Redaktor.az bu barədə azedu.az-ın sorğusuna istinadən xəbər verir.

Şərqi Zəngəzur Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə  müəllimin əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, Şərqi Zəngəzur Təhsil İdarəsinin tabeliyində olan Cəbrayılda 18, Kəlbəcərdə 55, Laçında 53, Qubadlıda 10, Zəngilanda isə  6 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.

Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

Seçilən
15
16
redaktor.az

10Mənbələr