AZ

Məşqçimiz əsəbiləşib hakimin boğazından yapışdı - VİDEO

Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər (13-14 yaş) arasında Avropa boks çempionatında insident yaşanıb.

Ölkə.Az-ın məlumatına görə, hadisə iyulun 28-də, 75 kq çəki dərəcədə serbiyalı Viktor Maystoroviç ilə azərbaycanlı Yusif Ağakişiyev arasında olan döyüş zamanı baş verib.

Döyüşdə açıq-aşkar üstünlüyü olan Ağakişiyev qayda pozuntusuna görə hakim tərəfindən xəbərdarlıq alıb. Bu qərarla razılaşmayan azərbaycanlı boksçunun məşqçisi qəfildən rinqə çıxaraq hakimi arxadan itələyib və boğazından yapışıb. İnsidentə tamaşaçılar və təşkilatçılar müdaxilə edib.

Nəticədə həm boksçu, həm də onun məşqçisi yarışdan diskvalifikasiya olunub. Avropa Boks Konfederasiyası məşqçiyə qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

Seçilən
8
olke.az

1Mənbələr