AZ

Pezeşkianın fəallığı: hakimiyyətdə kosmetik, yoxsa real dəyişiklik?

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əli Xamnəi haradadır? İran və İsrail arasında 12 günlük müharibədən sonra bir çox iranlı və xarici müşahidəçini düşündürən sual budur. Raketlər göydən yağdıqca və cavab zərbələri artdıqca, bir səs nəzərəçarpacaq dərəcədə yox idi: İslam Respublikasının Ali liderinin səsi.Qanuna görə, müharibə və ya sülh elan etmək səlahiyyəti yalnız ondadır. Bununla belə, ABŞ prezidenti Donald Trampın administrasiyası İran və İsrail arasında atəşkəs əldə etmək üçün vasitəçilik zamanı Xamnəi ictimaiyyətə müraciət, İranın strategiyasını izah etmədi və ya qələbə iddiasında olmadı. Əvəzində, sadəcə, hər hansı bir televiziya çıxışından daha yüksək səviyyədə olan sükut var.Reyting.az xəbər verir ki, bu barədə “Middle East İnstitut” yazıb.ABŞ beyin mərkəzinin təhlilində qeyd olunur:Bu boşluqda və istiqamət böhranı şəraitində İran prezidenti Məsud Pezeşkian rejimin ictimai səsinə çevrildi, o, başsağlığı verir, birliyi təşviq edirdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Omanın sultanı Heysəm bin Tariq də daxil olmaqla, regional liderlərlə çoxsaylı danışıqlarda Pezeşkian İranın ABŞ ilə mübahisələrini “beynəlxalq çərçivələr” əsasında həll etməyə hazır olduğunu bəyan edib.Öz ölkəsində, görünür, o, İsraillə müharibədən sonra irəliyə doğru yeni bir idarəetmə növünü təşviq etmək fürsətindən istifadə edir. Pezeşkian İran xalqını, ideoloji xətt fərqlərinə bxmayaraq, tərifləyib və fraksiyaçılıqdan azad, ləyaqətə əsaslanan siyasi sistemə çağırıb. Hökumət sözçüsü Fatemeh Mohacerani mesajı təkrarlayaraq, bunu tarixi birlik anı kimi qələmə verib və dövlətlə cəmiyyət arasında sosial müqavilənin yenidən müəyyənləşdirilməsinə səsləyib. Nazirlər Kabinetinin iclaslarından tutmuş televiziya brifinqlərinə qədər gəmini idarə edən Ali lider deyil, Pezeşkian və onun komandasıdır.Bu kosmetik dəyişiklikdir, yoxsa hakimiyyətin daha dərin dəyişməsini əks etdirir?Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxslərinin israillilər üçün potensial hədəf olaraq qaldığı halda gizləndiklərini və ya ən azı strateji geri çəkilmədə olduqlarını düşünməyə əsas var. Bu qorxu səviyyəsi başadüşüləndir. İsrailin yüksək rütbəli məmurları dəqiq hədəfə alaraq öldürməsi və Amerikanın İranın nüvə obyektlərinə aviazərbələr endirməsi Tehran rəsmilərinin mövcud ola biləcək bütün əvvəlki müharibə nəzəriyyələrini alt-üst etdi.Hərbi quruluşun darmadağın edilməsi və rəhbərliyin ifşa olunması ilə rejim öz ideoloji nüvəsini kölgədə qorumaqla, Pezeşkiana ictimai-dövlət xadimi rolunu oynamağa icazə vermiş ola bilər.Bu seçimin həm də taktiki olması mümkündür. Xamnəinin susması inandırıcı inkar və strateji qeyri-müəyyənliyə imkan verir. O, ideoloji rəhbərliyi geri çəkilmə ittihamlarından qoruyur, eyni zamanda, mötədillərə manevr imkanı verir.İran bu oyun kitabından əvvəllər də istifadə edib: 1988-ci ildə İraqla atəşkəsi xatırlayaq, o zaman ki, İslam Respublikası uzun illər baha başa gələn itaətsizlikdən sonra nəhayət, BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsini qəbul etdi. Bundan sonra da rəhbərlik Əli Əkbər Rəfsəncani kimi daha praqmatik fiqurlara mesaj göndərməyə icazə verdi.Başqa belə bir an ola bilərmi? Bəlkə də. Pezeşkianın ABŞ ilə dialoq çağırışları, regional diplomatiyaya verdiyi vurğu və inklüziv idarəçiliyə təkan verməsi mümkün bir dönüşə işarə edir. Atəşkəs nə qədər kövrək və xaricdən tətbiq edilmiş olsa da, siyasi açılış yaratdı. Bu fürsətdən İranın mövqeyini dəyişmək, yoxsa sadəcə, vaxt udmaq üçün istifadə ediləcəyi bəlli deyil.Əsas sual ondan ibarətdir ki, Pezeşkianın təklifləri hakimiyyətdə real dəyişikliyi əks etdirir, yoxsa sadəcə bir fasaddır? Mötədil prezident həqiqətən İranın dünya ilə əlaqəsini yenidən müəyyənləşdirmək səlahiyyətinə malikdirmi? Yoxsa o, hələ də Xamnəinin nəzarəti altında olan bir rejim üçün əlverişli cəbhədir?Bilmirik. Ancaq qeyri-müəyyənlik anlarında ümid və ehtiyatlılıq əl-ələ verir. İran və dünya üçün daha az ziddiyyətli bir səsin ortaya çıxması izlənməyə və bəlkə də ehtiyatla inanmağa dəyər.Y. QACAR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
reyting.az

2Mənbələr