AZ

Kilsəyə “hücum” iddiaları: Ermənistan hökuməti nə deyir?

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın siyasi gündəmi yenidən kilsə ilə hökumət arasındakı münasibətlərə fokuslanıb.

Yerli mediada yayılan məlumatlara görə, Baş nazir Nikol Paşinyan guya “Müqəddəs Eçmiədzin”ə qarşı xalq dəstəyilə etiraz aksiyası keçirməyi planlaşdırır. İddialar cəmiyyətdə ciddi rezonans doğursa da, hökumət rəsmiləri bu xəbərləri qəti şəkildə təkzib edir.

Ədliyyə naziri Srbui Qalyan məsələyə münasibət bildirərək bu tip məlumatları əsassız və qərəzli adlandırıb. Onun fikrincə, demokratik idarəetmə prinsipləri ilə idarə olunan ölkədə dini mərkəzə qarşı zorakı addım fikri belə qeyri-mümkündür. Nazir bildirib ki, əgər problem varsa, bu, yalnız kilsə daxilindəki bəzi şəxslərin fəaliyyətləri ilə bağlı ola bilər, amma bu heç bir halda rəsmi qurumların hücum planı kimi yozulmamalıdır.

Qalyan həmçinin bütün ermənilərin katolikosu Qaregin Nersisyanın guya məcburi şəkildə vəzifədən uzaqlaşdırılması ilə bağlı yayılan şayiələrə də münasibət bildirib. O bu məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib, amma eyni zamanda Nersisyanın şəxsi qərarı ilə istefa verməsinin nəzəri baxımdan mümkün olduğunu istisna etməyib.

Hazırda rəsmi dairələr bu məsələni bağlanmış mövzu kimi qiymətləndirir. Lakin Ermənistan cəmiyyətində dövlət və kilsə arasında tarazlığın incə həddə olduğu bir vaxtda bu tip iddiaların tez-tez gündəmə gəlməsi müəyyən dairələrin təzyiq aləti olaraq bu mövzunu istismar etdiyini göstərir.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr