Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ildə 3,462 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən illə müqayisədə 9,2% azalma deməkdir. Bu barədə İnstitutun maliyyə hesabatında qeyd olunub.
İl ərzində:
Əsas əməliyyat gəlirləri: 21,44 mln. manat (+13,4%), sair əməliyyat gəlirləri: 11,02 mln. manat (+8,6%),işçi xərcləri: 14,5 mln. manat (+21,8%),aAmortizasiya: 5,93 mln. manat (+0,5%),mənfəət vergisi: 866 min manat (–9,1%).
İnstitutun aktivləri 55,99 mln. manat, öhdəlikləri isə 3,4 dəfə azalaraq 744 min manata enib.
Balans kapitalı 55,2 mln. manata yüksəlib (+3,3%).
Gülnar