AZ

Həmin xəstəxananın direktoru İmran Qurbanov oldu

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. 

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, ötən həftə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunmuşdu.

Qeyd edək ki, bundan əvvəl “Qusar Rayon Mərkəzi Xəstəxanası”nda pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Belə ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (Kamil Hacıyevin həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq vermişdi.

Həmçinin bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
8
qafqazinfo.az

9Mənbələr