Növbəti köç karvanı Ağdam rayonunun işğaldan azad olunandan sonra yenidən qurulan Xıdırlı kəndinə çatıb.
Moderator.az xəbər verir ki, bu dəfə 60 ailə olmaqla, 236 nəfər öz doğam torpağına qayıdıb.
Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Xıdırlı kəndinə bu mərhələdə Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər, Bakı şəhərindən 20 ailə olmaqla 73 nəfər, Ağdam rayonundan 7 ailə olmaqla 20 nəfər, Mingəçevir şəhərindən 4 ailə olmaqla 14 nəfər, Yevlax rayonundan 3 ailə olmaqla 5 nəfər, Sumqayıt şəhərindən 1 ailə olmaqla 6 nəfər, Abşeron rayonundan 1 ailə olmaqla 3 nəfər, Ağcabədi rayonundan 1 ailə olmaqla 2 nəfər və Qəbələ rayonundan 1 ailə olmaqla 2 nəfər köçürülüb.
Onlar yeni evlərlə təmin olunacaqlar.
Bununla da Xıdırlı kəndinə indiyədək ümumilikdə 130 ailə - 512 nəfər köçürülüb.