Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, ötən həftə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunmuşdu. Bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilmişdi. İyulun 22-də Kamil Hacıyev yenidən cərimə olunubmuş. Bu dəfə direktor yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar 350 manatlıq inzibati məsuliyyətə cəlb edilmişdi.