AZ

AİB Azərbaycan üçün Yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təqdim edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər üçün yeni Ölkə Tərəfdaşlığı Strategiyasını (ÖTS) təqdim edib.

Banco.az banka istinadən xəbər verir ki, strategiya ölkənin inkişaf məqsədlərinə çatması üçün dəyər yaratmağı, inteqrasiyanı və dayanıqlılığı önə çəkir.

Beş il ərzində strategiya iki əsas sütun ətrafında cəmləşəcək: "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatı təmin etmək və aşağı karbonlu əlaqəni və inklüziv inkişafı təşviq etmək.

AİB-in Azərbaycan üzrə direktoru Sünniyə Durrani-Camal bildirib ki: “AİB-Azərbaycan tərəfdaşlığında bu yeni mərhələdə məqsədi dayanıqlı iqtisadiyyatın qurulması, özəl sektorun rəhbərlik etdiyi artımın dəstəklənməsi, maliyyə sektorunun gücləndirilməsi və regional əməkdaşlığa töhfə verməkdir.

“AİB məqsədyönlü strateji investisiyalar və kollektiv səylər vasitəsilə ölkənin inkişaf prioritetlərinin həllinə, regional təşəbbüslərin inkişaf etdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”.

Strategiya Azərbaycanın milli inkişaf strategiyaları ilə uyğunlaşdırılıb və “yaşıl” və davamlı inkişaf imkanlarından istifadə etməklə əsas problemlərin həlli üçün nəzərdə tutulub.

Beşillik strategiya həmçinin iqlim fəaliyyətini və fəlakət risklərinin idarə edilməsini sürətləndirməyə, gender bərabərliyini və rəqəmsal transformasiyanı inkişaf etdirməyə yönəlmiş təşəbbüsləri əhatə edir.

Qeyd edək ki, AİB Asiya və Sakit okean regionunda inklüziv, davamlı və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB mürəkkəb problemləri birlikdə həll etmək üçün üzvləri və tərəfdaşları ilə işləyərək keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətləri və strateji tərəfdaşlıqlardan istifadə edir. 1966-cı ildə əsası qoyulan AİB 69 üzvə (50-si region ölkələrindən) məxsusdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
3
banco.az

1Mənbələr