AZ

Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6,8 min mənzil və fərdi ev verilib

Postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev verilib.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min reabilitasiya vasitəsi, o cümlədən 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Seçilən
0
6
report.az

10Mənbələr