AZ

İran “S-400 Trimuf” raket kompleksini sınaqdan keçirib 

BRICS News-un məlumatına görə, İran Rusiya istehsalı olan qabaqcıl S-400 Triumf hava hücumundan müdafiə sistemini alıb və ilk sınağını dünən İsfahan yaxınlığında keçirib. Sınaq zamanı bölgədə bir neçə partlayış səsləri eşidilib.

İran Müdafiə Nazirliyi sınaqla bağlı rəsmi açıqlama yaymayıb, video görüntülər də təqdim edilməyib.

Son günlərdə Rusiyadan İrana bir neçə hərbi yük daşınması həyata keçirilib, ancaq onların mahiyyəti açıqlanmayıb.

S-400 sistemi ballistik raketləri, habelə gizli qırıcıları məhv etmək qabiliyyəti ilə İranın əvvəlki müdafiə sistemləri – S-300 və yerli istehsal olan Bavər 373-dən texniki baxımdan üstün sayılır.

Ekspertlər bu addımı İranın müdafiə qabiliyyətini artırmaq və regional təhlükələrə qarşı hazırlığını gücləndirmək cəhdi kimi qiymətləndirirlər.

Seçilən
0
veteninfo.az

1Mənbələr