AZ

“Atəşgah Həyat” çox qazanıb, az ödəyib

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta haqqı və sığorta ödənişlərində artım olub.

Valyuta.az xəbər verir ki, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC bu ilin yanvar-iyun aylarında 57 milyon 377 min manat sığorta haqqı toplayıb. 

Ötən ilin eyni dövründə şirkətin topladığı sığorta haqqının ümumi hesabı 44 milyon 967 min manat təşkil edib.

İllik müqayisədə sığorta şirkətinin topladığı sığorta haqqında 12 milyon 410 min manat və ya 27,59% artım olub. 

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişlərində də artım müşahidə olunub. 
Belə ki, cari ilin yanvar-iyun aylarında şirkət 32 milyon 351 min manat sığorta ödənişi həyata keçirib. 

Hesablamalara əsasən, sığorta şirkətinin illik sığorta ödənişlərində 5 milyon 801 min manat və ya 21,84% artım olub. 

Ötən ilin eyni dövründə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişi 26 milyon 550 min manat təşkil edib. 

Nəticə olaraq, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC ötən il hər 100 manatdan 59,04 manatını sığorta ödənişi həyata keçirirdisə, bu il hər 100 manatdan 56,38 manatını sığorta ödənişinə ayırıb. 

Sərvanə Rəmixanova

Seçilən
1
valyuta.az

1Mənbələr