AZ

Novxanıda ağır qəza: Ölən və yaralanan var

Novxanı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, qəza ötən gecə Sahil küçəsində qeydə alınıb. 
 
İlqar Quliyevin idarə etdiyi “Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobil ilə Əlfəddin Əbdülhəsənovun idarə etdiyi “KİA” markalı 99-UJ-848 nömrəli maşın toqquşub.
 
Nəticədə Ə.Əbdülhəsənov və sərnişini 33 yaşlı Günel Hüseynova xəstəxanaya yerləşdiriliblər. G.Hüseynova orada vəfat edib.
Seçilən
0
1
moderator.az

2Mənbələr