“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalla bağlı sualı cavablandırıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Yamalın Lionel Messi ilə müqayisəsinin tez olduğunu deyib:
“Biz Lamin Yamala öz yolunu getməyə imkan verməliyik. Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik.
Amma onun Messi ilə müqayisə olunması özü artıq çox önəmlidir. Bu, elədir ki, bir rəssamı Van Qoqun əsərləri ilə müqayisə edirlər”.
Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb və həmin dövrdə UEFA Çempionlar Liqasının da daxil olduğu bir neçə kubok qazanıb.