AZ

“Başqa Torpaq Yoxdur” filminin fələstinli rejissoru İsrail ordusu tərəfindən saxlanıldı

İsrail ordusu Fələstinli rejissor Həmdan Bilalı İordan çayının qərb sahilində yerləşən Hebron şəhərinin Susya kəndində nəzarətə götürüb.

News365.az-ın məlumatına görə, Həmdan Bilal İsrail əsgərlərinə daş atmaqda ittiham olunaraq saxlanılıb. Yerli mənbələr hadisənin kənd ərazisində baş verdiyini, rejissorun isə bölgədə çəkiliş işi ilə məşğul olduğunu bildirir.

İsrail ordusu saxlanma faktını rəsmi şəkildə təsdiqləyib. Lakin ittihamlarla bağlı ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Həmdan Bilal Oskar mükafatı qazanmış “Başqa Torpaq Yoxdur” (“There is No Place Like Home”) sənədli filminin yaradıcılarından biridir. Film, İsrailin Fələstin torpaqlarındakı hərbi işğalını və gündəlik həyatın çətinliklərini sənədləşdirərək beynəlxalq aləmdə rezonans doğurmuşdu.

Rejissorun saxlanması sənət və azad söz üzərində yeni təzyiqlər kimi qiymətləndirilir.

News365.az

Seçilən
1
news365.az

1Mənbələr