Son vaxtlar Bakıda mənzil bazarında bahalaşma gedir. Özü də bu bahalaşma yüksək sürətlə davam edir.
Heç şübhəsiz ki, bahalaşmanın obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər aydınlaşdırılanda məlum olur ki, bir çox halda ev biznesi ilə məşğul olanlar bəzi hallarda bahalaşmanı süni surətdə yaradırlar. Amma mənzil üzrə ekspert Arif Həsənov deyilən fikirlə razılaşmır. Və o, tələb , təklif məsələsini gündəmə gətirir. Bildirir ki, elə Bakının özündə sayı- hesabı bilinməyən evlər inşa edilir.
Evlər də , çoxdur, alıcılar da! Sadəcə hamı istəyir ki, aldığı mənzil yaxşı və ucuz olsun. Təbii ki, bu da mümkün deyildir.Çünki tikinti bazarında inşaat materialları da bahadır. Bax , bu da evlərin qiymətinin yüksəlməsinə səbəb olan əsas səbəblərdəndir. Məsələnin bir tərəfi də ondan ibarətdir ki, yeni tikilən binalarda( el dilində buna " novosrtoyka" deyirlər) qiymətlər daha bahadır.
Belə ki, əksər insanlar bu mənzillərə maraq göstərirlər.İpotekadan çox insanların istifadə edərək ev alması bir neçə aydan sonra mənzil bazarında bir qədər də bahalıq yaradacaq! Bu isə o deməkdir ki, canlanma hiss olunacaq, bir çox insanlar yeni bahalaşmaya qədər mənzil almağa tələsəcəklər!
Emil Faiqoğlu