AZ

Bakı Gəmiqayırma Zavodunun akvatoriyası dərinləşdirilib

“AZCON Holding” şirkətlərindən olan ASCO-ya məxsus gəmilər Bakı Gəmiqayırma Zavodunun (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini uğurla başa çatdırıb.

ASCO-dan “İki sahil”ə verilən məlumata görə, işlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.

Layihə çərçivəsində 80 min kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 min kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.

Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.

Seçilən
1
11
ikisahil.az

10Mənbələr