AZ

Çəkdiyi siqareti karton qutuya atdı, yanğın oldu - Video

Bakı şəhəri, Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsi 46 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb. Sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk edib. Nəticədə maddi ziyanla nəticələnən yanğın hadisəsi baş verib.

Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir.

Seçilən
0
5
qafqazinfo.az

3Mənbələr