AZ

Çin XİN: Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasını alqışlayacağıq

Çin hökuməti Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasının, Moskva və Vaşinqtonun qlobal sabitliyin təmin edilməsinə töhfə verməsinin tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qo Tszyakun brifinqdə bildirib.

"Çin Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasını, onların qlobal sülh və sabitliyin təmin edilməsinə töhfəsini alqışlayacaq", - o, Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Trampın avqustun sonu - sentyabrın əvvəlində Pekində görüşmək ehtimalını şərh edərkən deyib.

Seçilən
1
report.az

1Mənbələr