AZ

Yay tətilinə gedənlərin çamadanında mütləq olmalı əşyalar

Yayın qızmar günləri artıq özünü tam göstərir!...

Günəşli sahillər, mavi sular və isti yay axşamlarında sevdiklərinizlə istirahət planları artıq gerçəyə çevrilmək üzrədir. Tətildə maksimum rahatlıq və komfort yaşamaq üçün isə düzgün çamadan hazırlığı olduqca vacibdir.

Pravda az yay səyahətində çamadanınızda mütləq yer almalı əşyaları təqdim edir:

Rahat və yüngül geyimlər seçin

İsti havalar üçün nəfəs alan, açıq rəngli pambıq və ya kətan geyimlərə üstünlük verin. Yay gecələrinin sərin ola biləcəyini nəzərə alaraq, nazik jaketi də çamadanınıza əlavə edin. Şık aksesuarlar, rahat ayaqqabılar (tərlik, sandalet, babet və s.) da yay kombinlərinizi tamamlamaq üçün vacibdir.

Çimərlik əşyalarını unutmayın

Şapka, çimərlik geyimi və ya dəniz şortu – yay çamadanının vazkeçilməzləridir. Gözlərinizi qorumaq üçün gün eynəyi və sualtı görüntü üçün dəniz eynəyi də əlavə edə bilərsiniz. Çimərlik dəsmalı və geniş çimərlik çantası isə həm funksional, həm də dəbli seçimlərdəndir.

Şəxsi baxım məhsullarıyla sağlamlığınızı qoruyun

Otellərdə verilən məhsullara etibar etmədən öz diş fırçanızı, diş macununuzu, şampun və saç kreminizi götürmək tövsiyə olunur. Gözəl və sağlam dəri üçün yüksək SPF-li günəş kremi vacibdir. Əlavə olaraq dərmanlar, dezodorant, parfüm, nəmləndirici, makiyaj vasitələri və ilk yardım ləvazimatları da unudulmamalıdır.

Xatirələri qeyd edin, musiqi və kitablarla istirahətinizi rəngləndirin

Yaddaqalan anları ölümsüzləşdirmək üçün suyadavamlı kamera və ya telefon və sevdiyiniz kitablar çamadanınızda öz yerini tapmalıdır. Düşüncələrinizi yazmaq üçün bloknot və qələm də əlavə edə bilərsiniz.

Qeyd: Yaxşı planlanmış çamadan, yay tətilinizin stresssiz, rahat və unudulmaz keçməsini təmin edər.

Poliqon.info

Seçilən
4
1
poliqon.info

2Mənbələr