AZ

“Zirə” Xorvatiyaya yola düşüb

Bakı, 29 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Hayduk”un qonağı olacaq “Zirə” səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Komanda görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
5
2
azertag.az

4Mənbələr