“Malmö” “Zirə”dən transfer etdiyi Salifu Suma üçün 15 milyon İsveç kronu ödəyib.
Futbolpress.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. Komandanın 21 yaşlı vinger üçün “Zirə”yə 15 milyon kron (1,3 milyon avro) ödədiyi bildirilir.
Suma Kadi Borgesdən sonra Azərbaycandan Avropa klubuna keçən ən bahalı oyunçu olub. Kadi 2023-cü ilin yanvarında 2 milyon avro qarşılığında “Qarabağ”dan “Krasnodar”a keçmişdi.