Teleaparıcı Nigar Fərhad diqqətçəkən açıqlamalarla gündəmə gəlib.
Aparıcı köhnə və indiki kişilər arasında maraqlı müqayisə aparıb.
O bildirib ki, əvvəlki dövrlərdə kişilər qadınların əxlaqına daha çox önəm verirdilər, indi isə əsas diqqət qazanca yönəlib:
“Əvvəllər kişilər birinci növbədə qızın tərbiyəsinə, əxlaqına baxırdılar. İndi isə bu dəyərlər arxa plandadır, əsas olan qadının nə qədər pul qazandığıdır. Harada oxuduğudur. İndi heç kəsə fərqi yoxdur ki, qadının həyatında neçə insan olub, neçə dəfə boşanıb. Əsas olan qızın cibinin puludur. İndiki zəmanədə qızlar kişilərin cibinin pulunu ölçmür. Kİşilər isə sorğulayır ki, bu qız məni saxlaya bilərmi? Zəmanədə rollar dəyişib”.
Aparıcının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onunla razılaşsa da, digərləri bu yanaşmanın bütün kişilərə şamil edilməsinin düzgün olmadığını qeyd ediblər. (Yenisabah.az)