AZ

İran PUA-sı Azərbaycan səmasında: Görün ərazimizə nə atdılar – FOTO

İrandan Azərbaycana PUA vasitəsilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları tərəfindən həyata keçirilən sərhəd-axtarış və əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə İran İslam Respublikasından külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd zonasında 12 kq 100 qram marixuana və 399 ədəd M-40 metadon həbləri aşkar edilərək götürülüb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
1
2
konkret.az

3Mənbələr