Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çin Mərkəzi Televiziyası ( CCTV ) iyulun 29-da bildirib ki, Çinin şimalındakı Hebey əyalətində torpaq sürüşməsi nəticəsində azı 8 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Səlahiyyətlilər zərər çəkmiş ərazidə güclü torpaq nəmliyi və gözlənilən yağışlar səbəbindən növbəti sürüşmə riski barədə xəbərdarlıq edib.
Həmin gün Pekində leysan yağışları nəticəsində azı 30 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, son günlər Miyun bölgəsində və Pekinin digər yerlərində şiddətli tufan və leysan yağışları müşahidə olunub.
“Ming Pao” qəzetinin iyulun 29-da verdiyi məlumata görə, Pekində indiyədək güclü yağışlar səbəbindən ümumilikdə 80 min insan təxliyə edilib.
Hesabatda deyilir: “Bu günə qədər şəhər üzrə ümumilikdə 80 min insan təxliyə edilib, ən çox evakuasiya edilənlər Miyun, Huairou və Fanqşanda yerləşir”.
Miyun rayonundan 16 min, Huairou rayonundan təxminən 10 min və Fanqşan rayonundan 9 mindən çox insanın təxliyyə edildiyi dəqiqləşdirilir.
P.ƏMİRCANOVXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.