AZ

100 illik ağaclara nömrə yazdılar, lövhələri sındırdılar – Qaranohur gölü

İsmayıllı rayonunun Qaranohur gölünün ətrafında ekoloji vandalizm halları müşahidə olunub.

Far.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin gölün ətrafındakı 50-100 illik ağacların qabığını bıçaqla kəsərək üzərinə maşın nömrələri və adlar yazdıqları əks olunub. 

Bundan əlavə, bölgəyə gələnlərin bir qismi məlumat lövhələrini sıradan çıxarıb, ətraf mühiti zibilləyiblər. 

Belə halların təkrar yaşanmaması üçün əraziyə nəzarətin gücləndirilməsi vacibdir.

Seçilən
0
1
far.az

2Mənbələr