AZ

Araz Əzimov İran səfiri ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Tehranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Bu barədə  İranın IRNA agentliyi məlumat verib.

Görüş zamanı İran-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, eləcə də regional və beynəlxalq proseslər müzakirə olunub.

Səfir Dəmirçilu bildirib ki, iki ölkə arasında əlaqələr dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edir.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

N.Təbrizli

Seçilən
0
anews.az

1Mənbələr