Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2024-cü ili 116 milyon 938 min manat mənfəətlə başa vurub. 2023-cü ildə Fondun mənfəəti 35 milyon 552 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 3.3 dəfə artması deməkdir.
Banker.az bu barədə Fonda istinadən xəbər verir.
Ötən il DSMF-nin məcburi dövlət sosial sığorta haqqından gəlirləri 63,525 milyon manat, digər gəlirləri 118,962 milyon manat, faiz gəlirləri 106,003 milyon manat olub.