AZ

Polşanın xəritəsi yeniləndi: Ölkə son bir ildə 68 hektar ərazisini itirib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Polşanın ərazisi 2024-cü illə müqayisədə 68 hektar azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.pl portalı respublikanın Baş Statistika İdarəsinə (BSİ) istinadən məlumat yayıb.

Qeyd edilir ki, BSİ mütəxəssisləri 11 voyevodalığın sərhədlərini yenidən nəzərdən keçirdikdən sonra bu barədə bəyan ediblər.

Ən böyük dəyişikliklər Qərbi Pomeraniya voyevodalığında baş verib - bu regionun ərazisi 35 hektar azalıb.

Sərhədin dəqiqləşdirilməsi Baltik dənizi boyunca yerləşən sahil zonalarında həyata keçirilib. Bu dəyişikliklər Polşanın ərazi sularının əsas xəttinin yenidən müəyyən olunması ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr