AZ

Azərbaycan millisinin yarımmüdafiəçisi Ukrayna klubunu tərk edəcək

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesie” klubunu tərk edəcək.

Operativ Media xəbər verir ki, buna səbəb 23 yaşlı futbolçunun bu komandada şans qazanmamasıdır. Lakin onun karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil. Mustafayev yaxın vaxtlarda təkliflərə baxacaq.

Xatırladaq ki, yarımmüdafiəçinin Jitomir klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

Seçilən
0
operativmedia.az

1Mənbələr